Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Lakin səfəri təşkil edən Polarquest şirkətinin baş direktoru Mari Lannborn Barker bildirib ki, məlumatlara görə heç kim fiziki olaraq xəsarət almayıb.

M/S Ocean Nova gəmisilə keçirilən ekspedisiya Antarktida yarımadasının şimalındakı Cənubi Şetland adalarına doğru idi.

Barker deyib: “King George adasında hava şəraitinin qəfil dəyişməsi səbəbilə sərnişinlər, bələdçilər və gəmi həkimi qayıqla təhlükəsiz şəkildə gəmiyə dönə bilmədilər. Bunu təsdiqləyə bilərik.”

O bildirib ki, dəqiq müddət müəyyən edilməsə də, insanlar yarım saatdan bir günə qədər sahildə qalıblar: “Həmişə təcili yardım avadanlıqları bizimlə olur və gəmidən ərzaq, isti qəhvə və əlavə avadanlıq gətirilə bilib. Hava yaxşılaşıb və qonaqlar hazırda gəmiyə qaytarılır.”

Polarquest İsveç şirkətidir və Barkerin sözlərinə görə, sərnişinlərin çoxu İsveç vətəndaşıdır.

Antarktidada bir gündən çox sahildə qalan səyahətçilərdən biri, isveçli yazıçı Kristina Larsson deyib: “Demək olar ki, dərhal ekspedisiya rəhbəri təxliyə qərarı verdi, amma o vaxta qədər çox gec idi. Külək güclənmiş, dalğalar isə yüksək və güclü idi. Alüminium yorğanlarımız vardı, amma hamıya yetmədi, buna görə də zibil torbası geyindik.”

Yazıçı Kristina Larsson 60 illik yubileyini qeyd etmək üçün üç həftəlik Antarktida ekspedisiyasında iştirak edirdi.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp