Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fu Tsun dünən Təhlükəsizlik Şurasında Qəzza qətnaməsinin qəbulundan sonra etdiyi açıqlamada qeyd edib ki, Çin Qəzzada daimi atəşkəsə nail olmaq, humanitar fəlakəti dayandırmaq, müharibədən sonra yenidənqurmanı başlatmaq və Qəzza xalqına ümid vermək üçün Şuranın bütün zəruri addımlarını dəstəkləyir. Lakin o əlavə edib ki, yeni təsdiqlənmiş qətnamə layihəsi bir çox sahələrdə çatışmazlıqlar daşıyır və bu, son dərəcə narahatedicidir.

Çinli nümayəndə bildirib ki, qətnamə layihəsi bir çox həyati məsələlərdə qeyri-müəyyənliklər ehtiva edir, Fələstinin fələstinlilər tərəfindən idarə olunmalı olduğu əsas prinsipini əks etdirmir, BMT və Təhlükəsizlik Şurasının effektiv iştirakını təmin etmir və layihə Şura üzvləri arasında kifayət qədər məsləhətləşmələrin nəticəsi deyil.

Fu Tsun qeyd edib ki, Çin layihədəki çoxsaylı problemlərə və bu çatışmazlıqlara dair dərin narahatlığa baxmayaraq, Qəzzadakı həssas və kritik vəziyyəti, atəşkəsin qorunmasının zəruriliyini və region ölkələrinin, həmçinin Fələstinin mövqelərini nəzərə alaraq səsvermədə bitərəf qalıb.

Dünən Təhlükəsizlik Şurası ABŞ tərəfindən irəli sürülmüş və Qəzzadakı qarşıdurmanı dayandırmağı hədəfləyən “20 maddəlik planı” qəbul edən 2803 saylı qətnaməni təsdiq edib və Qəzzada Beynəlxalq Sabitlik Qüvvəsinin yaradılmasına mandat verib.

Səsvermədə 13 ölkə qətnamənin lehinə səs verib, Rusiya və Çin isə bitərəf qalıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp