Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Mədəniyyət və Turizm Nazirliyi dünən verdiyi açıqlamada çinli turistləri yaxın gələcəkdə Yaponiyaya səfər etməkdən çəkinməyə çağırdı.

Bəyanatda Yaponiyada ictimai təhlükəsizliyin qeyri-stabil olduğu, Çin vətəndaşlarını hədəf alan cinayətlərin artdığı və bu hücumların bir qisminin hələ də aydınlaşdırılmadığı bildirildi. Bu səbəbdən Yaponiyada yaşayan Çin vətəndaşlarının təhlükəsizlik mühitinin getdikcə pisləşdiyi vurğulandı.

Nazirlik həmçinin Yaponiyanın Baş naziri Takaiçi Sanaenin Tayvan mövzusunda səsləndirdiyi təxribat xarakterli açıqlamaların iki xalq arasında ünsiyyət mühitinə ciddi zərər vurduğunu və Yaponiyada yaşayan Çin vətəndaşlarının təhlükəsizliyi üçün böyük risk yaratdığını bildirib.

Bəyanatda Yaponiyada olan çinli turistlərə yerli təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, şəxsi təhlükəsizlik tədbirlərini artırmaları və təcili vəziyyətlərdə polis və ya Çinin Tokiodakı Səfirliyi və aidiyyəti konsulluqlarla əlaqə saxlamaları tövsiyə edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp