Dar: Qlobal sülh üçün çoxtərəfli əməkdaşlıq gücləndirilməlidir
İslamabad, 11 noyabr (Hibya) – Pakistanın baş nazirinin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Dar, 6-cı Margalla Dialoqunun açılış sessiyasında çıxış edib.
Dar tədbiri təşkil etdiyinə görə İslamabad Siyasət Tədqiqatları İnstitutuna (IPRI) təşəkkür edərək qeyd edib ki, “Qlobal Nizamın Gələcəyi: Əməkdaşlıq, yoxsa Münaqişə?” mövzusunda keçirilən konfrans vaxtına və məzmununa görə olduqca önəmlidir.
Çıxışında Dar, birtərəfli siyasətlərin, qütbləşmənin və ticarət müharibələrinin ön plana çıxdığı bir dövrdə çoxtərəfli yanaşmanın əhəmiyyətini vurğulayaraq, qlobal problemlərin həlli üçün beynəlxalq institutların gücləndirilməsinin vacibliyini bildirib.
İshaq Dar qeyd edib ki, iqlim dəyişikliyi, terrorizm, beynəlxalq hüquq və normaların aşınması kimi proseslər qlobal sülh, təhlükəsizlik və inkişaf üçün ciddi təhdidlər yaradır və beynəlxalq əməkdaşlığın və ədalətin bərpasına çağırıb.
Azərbaycan İnformasiya Agentliyi