Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Lazzarini vurğulayıb ki, Qəzzadakı müharibə boyunca UNRWA komandaları əhaliyə yardım etmək üçün yollar axtarmaqda qətiyyətli olublar.

O bildirib ki, fəaliyyətlərini genişləndiriblər və tibbi komandalar hər gün təxminən 15 min xəstəyə baxır. “İctimai səhiyyə xidmətlərimizi genişləndiririk. Komandalarımız təmiz suya çıxışı təmin edir; böyük sağlamlıq riski yaradan bərk tullantıları toplayıb utilizasiya edir.”

Lazzarini qeyd edib ki, psixososial məsləhətçilər insanların müharibənin və itkilərin yaratdığı travmalarla mübarizə aparmasına kömək etmək üçün gündəlik dəstək sessiyaları keçirirlər.

“Əyani təhsil hər gün artır; bu gün biz demək olar ki, 50 min uşağa çatırıq və daha çox şagird üçün onlayn dərslər davam edir. İşçilərimiz Qəzzanın hər yerinə səpələnmiş çoxlu partlamamış sursatın yaratdığı təhlükələrin qarşısını almaq üçün müntəzəm maarifləndirmə sessiyaları keçirirlər.”

O əlavə edib: “UNRWA vasitəçilər olmadan işləyən bir təşkilat kimi fəaliyyətlərini çox sərfəli şəkildə həyata keçirir. Ən kritik ehtiyaclara cavab vermək və sabitliyə töhfə vermək üçün mövcud məhdudiyyət və maneələrin aradan qaldırılması indi hər zamankindən daha vacibdir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp