Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Baş naziri Netanyahu bildirib ki, həyat yoldaşı Sara ilə birlikdə ötən gecə Şiloda ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson və onun həyat yoldaşı ilə görüşüblər.

Görüşdə həmçinin ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi və onun həyat yoldaşı, Konqres üzvləri Maykl Makkol, Klaudiya Tenni, Maykl Klaud, Nataniel Moran, eləcə də YESHA Şurasının və Binyamin Regional Şurasının rəhbəri İsrail Gants iştirak ediblər.

Netanyahu əlavə edib ki, axşam Avinatan Or-un anası Ditsa Or ilə də görüşüblər və bildirib: "Biz girovlar evlərinə qayıdanadək dayanmayacağıq".

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp