Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Budris bildirib ki, Rusiyaya məxsus hərbi pilotsuz uçuş aparatı Litva hava məkanını pozub.

Onun sözlərinə görə, bu bir ay ərzində baş verən ikinci oxşar hadisədir: “Bu təkrarlanan pozuntular Rusiyanın Ukraynaya qarşı təcavüzünün NATO ərazilərinə keçdiyinin narahatedici göstəricisidir. Ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyindən, NATO hava məkanının bütövlüyündən heç vaxt güzəştə getmərik. Təhlükə realdır və artır – ayıq olmalıyıq.”

Budris əlavə edib: “Biz NATO Baş katibi Mark Ruttəyə Litvada hava hücumundan müdafiə qabiliyyətlərinin dərhal gücləndirilməsi və rotasiya əsaslı hava müdafiə modelinin tam şəkildə sürətləndirilməsi çağırışı ilə birgə məktub göndərmişik. Hava müdafiəsi müttəfiqlərin təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir. NATO-nun şərq cinahının təminatı Alyans üçün əsas prioritet olaraq qalmalıdır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp