Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstin Baş naziri Məhəmməd Mustafa bildirib ki, İsrail Fələstin dövlətinin yaradılmasını istəmir və bu məqsədlə xalqına qarşı zorakılıq, dağıntı və iqtisadi blokada vasitəsilə müharibə aparır.

Ramallahda keçirilən Nazirlər Kabinetinin həftəlik iclasının əvvəlində çıxış edən Mustafa, Nyu-Yorkda 128 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən Fələstin Dövlətinin tanınmasına dair Beynəlxalq Konfransın nəticələrinin əhəmiyyətinə toxunub. O, bu konfransın önəmli bir dönüş nöqtəsi olduğunu bildirərək əlavə edib ki, konfransdan sonra bir çox ölkə rəhbərləri Prezident Mahmud Abbasla əlaqə saxlayaraq sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin Dövlətini tanımaq niyyətində olduqlarını bəyan ediblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp