Özbəkistanın xarici işlər naziri Saidov həmkarları ilə görüş keçirdi
Daşkənd, 15 noyabr (Hibya) – Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistandakı həmkarları ilə görüş keçirib.
Baxtiyor Saidov bildirib ki, Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşünə hazırlıq çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan XİN rəhbərləri ilə məhsuldar görüş keçirdiblər.
O qeyd edib ki, əməkdaşlığı gücləndirmək və regionun ümumi rifahını daha da artırmaq üçün geniş imkanları müzakirə ediblər. “Müzakirələrimiz sammitin gündəliyinin layihəsi, əsas qərarlar və Mərkəzi Asiyada əməkdaşlığın gələcək istiqamətini müəyyən edəcək yekun sənədlərin siyahısı kimi vacib mövzulara yönəlib,” – deyə Saidov bildirib.
Saidov vurğulayıb ki, integrasiyanı dəstəkləmək, qarşılıqlı inamı gücləndirmək və ümumi çətinlikləri birlikdə həll etmək istiqamətində tam qərarlıdırlar.
Azərbaycan İnformasiya Agentliyi