Pakistan İsrailın İordan çayının qərb sahilində və Əl-Əqsa məscidindəki addımlarını pislədi
İslamabad, 18 noyabr (Hibya) – Pakistan Xarici İşlər Nazirliyi, Pakistanın İsrailin İordan çayının qərb sahilində və Əl-Əqsa məscidindəki pozuntularını pislədiyini bildirib.
Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Pakistan İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Fələstin xalqına qarşı davam edən pozuntularını, Əl-Əqsa məscidinin həyətlərinə təkrarlanan basqınları və ibadət edənlərə qarşı təxribatları pisləyir.
Bəyanatda bu cür hərəkətlərin beynəlxalq hüququn və müvafiq BMT qətnamələrinin açıq şəkildə pozulması olduğu vurğulanıb və bunlar qeyd edilib:
“Müqəddəs məkanların toxunulmazlığının beynəlxalq hüquqa və tarixi status-kvoya uyğun şəkildə qorunması zəruridir.
Pakistan beynəlxalq ictimaiyyəti müqəddəs məkanların qorunmasını təmin etmək, məskunlaşanların zorakılığının və təxribatlarının qarşısını almaq üçün təcili və effektiv tədbirlər görməyə, həmçinin müvafiq BMT qətnamələrini dəstəkləməyə çağırır.”
Azərbaycan İnformasiya Agentliyi