Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Prevot qeyd edib ki, onlar həlak olanları yad edir və bütün zərərçəkənlərlə, yas içində olan ailələrlə, evsiz qalanlarla və yenidənqurma uğrunda mübarizə aparan icmalarla həmrəydirlər.

“Belçika, Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramına verdiyi töhfə ilə humanitar yardımı dəstəkləyir və ərzaq, sığınacaq və təcili yardım materiallarının ən çox ehtiyac duyulan yerlərə çatdırılmasına kömək edir. Fövqəladə vəziyyətdən kənarda bu faciə bizə ən həssas bölgələrdə iqlimə davamlılığın və yerli imkanların gücləndirilməsinin nə qədər vacib olduğunu xatırladır,” – deyə Prevot bildirib.

O əlavə edib ki, Belçikanın Maniladakı səfirliyi Filippinlərdəki belçikalı icma ilə sıx əlaqələrini davam etdirir.

“Yeni tropik fırtına formalaşarkən, Belçika Filippin xalqı və həyatları qorumaq, ümidləri yenidən qurmaq üçün yorulmadan çalışan hər kəslə həmrəyliyini davam etdirir,” – deyə o vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp