Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan Prezidenti Əliyev, Türkiyə Prezidenti Ərdoğan və Pakistan Baş Naziri Şərif arasında üçtərəfli görüş keçirilib.

Görüş zamanı Ərdoğan və Şərif, Əliyevi Vətən müharibəsində Qələbənin 5 illiyi münasibətilə bir daha təbrik edib və Bakıda keçirilən hərbi paradın mükəmməl təşkilini yüksək qiymətləndiriblər.

Görüşdə vurğulanıb ki, Azərbaycan, Türkiyə və Pakistan həmişə bir-birinin yanındadır və ölkələr arasında siyasi, iqtisadi, hərbi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi vacibliyi qeyd olunub.

Liderlər Azərbaycan–Türkiyə–Pakistan üçtərəfli formatının gələcəyi barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp