Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nahyan rəsmi səfər üçün Rusiyaya gəlib.

Görüşlər başlamazdan əvvəl Kreml sarayının Müqəddəs Georgi zalında rəsmi qarşılama mərasimi və nümayəndə heyətlərinin təqdimatı keçirilib.

Rusiya Prezidenti Putin BƏƏ-lə münasibətlərə xüsusi əhəmiyyət verdiklərini bildirib: “Birləşmiş Ərəb Əmirlikləri bizim üçün dost ölkədir. Yüksək səviyyəli siyasi əlaqələrimizi davam etdiririk. Ticarət və investisiya sahələrində iqtisadi bağlarımız inkişaf edir. Qarşılıqlı investisiyalar artır.”

BƏƏ Prezidenti Əl Nahyan bildirib ki, Rusiya ilə BƏƏ arasında ticarət dövriyyəsi 11,5 milyard dollara çatıb və əlavə edib:

“Avrasiya ölkələri ilə də 30 milyard dollarlıq ticarət dövriyyəmiz var. Gələcək beş ildə bu rəqəmi həm ikitərəfli münasibətlərdə, həm də Avrasiya ölkələri ilə əlaqələrdə ikiqat artırmaq istəyirik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp