Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kremlin Xarici Siyasət Müşaviri Yuri Uşakov, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkof arasında keçirilən görüşü şərh edib.

Uşakov bildirib ki, görüş işgüzar və konstruktiv keçib: “Hər iki tərəf görüşün nəticələrindən razı qala bilər. Ukrayna böhranının həlli kontekstində daha geniş əməkdaşlıq məsələləri müzakirə olunub. Rusiya-Amerika münasibətlərinin son illərdəki inkişafdan tamamilə fərqli və qarşılıqlı faydalı bir ssenari üzrə qurula biləcəyi bir daha vurğulanıb.”

Uşakov qeyd edib ki, Putin və Tramp arasında görüş keçirilməsi barədə prinsipial razılıq əldə olunub və deyib:

“Hər kəsə məlumdur ki, dünən D. Tramp S. Vitkofun hesabatından dərhal sonra bir sıra aparıcı Avropa tərəfdaşları ilə əlaqə saxlayaraq bu mövzunu müzakirə edib. Mən həmçinin bildirmək istərdim ki, biz bu görüşdə müzakirə olunan məsələlərlə bağlı ən yaxın tərəfdaş və dostlarımızı müvafiq kanallarla məlumatlandırmağa başlamışıq.”

Uşakov bildirib ki, görüşün keçirilməsi üçün hədəf tarix gələn həftədir: “Lakin tərəflər bu mühüm görüşə birbaşa hazırlıqlara başlayıb və hazırlığın neçə gün çəkəcəyini demək çətindir. Görüşün gələn həftə keçirilməsi variantı nəzərdən keçirilib və bu variantla bağlı nikbinik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp