Saar və Mileydən Qüds mesajı
Qüds, 27 Noyabr (Hibya) – İsrailin xarici işlər naziri Gideon Saar, Argentina Prezidenti Xavyer Mileylə görüşünün detalları barədə məlumat verərək, onu həm Argentina, həm də yəhudi xalqı üçün “ikiqat möcüzə” adlandırdı.
Saar bildirib ki, Mileyin ötən ay keçirilən parlament seçkilərində qələbəsi hökumətini gücləndirmək və ölkəni doğru istiqamətə yönəltmək baxımından mühüm addımdır.
O vurğulayıb ki, görüşdə Argentina səfirliyinin Qüdsə köçürülməsi məsələsi ətraflı müzakirə olunub və gələn yaz — Allahın köməyi ilə — bayram xarakterli tədbirin keçirilməsi planlaşdırılır.
Saar görüşün sonunda Prezident Mileyin ona gülümsəyərək “Tezliklə Qüdsdə görüşərik” dediyini bildirib.
Azərbaycan İnformasiya Agentliyi