Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Tramp, Corciya seçkilərinin nəticələrinə təsir göstərməyə cəhd etməkdə ittiham olunan on səkkiz nəfərlə birlikdə mühakimə olunurdu. Onların hamısı özlərini günahsız elan edib.

İstintaq beş il əvvəl Corciyada, o vaxtkı prokurorun Trampın ştatdakı nəticələrə təsir etməyə çalışıb-çalışmadığını araşdırmağı planlaşdırdığını deməsi ilə başlayıb.

İşdə həmçinin Trampın bir ştat rəsmisindən Baydenə qarşı üstünlük əldə etmək üçün “itkin səsləri tapmasını” istədiyi telefon danışıqlarının yazısına istinad edilir.

2023-cü ildə Trampa qarşı dörd cinayət işi açılıb və onlardan ikisi Tramp vəzifəsinə qayıtdıqdan sonra bağlanıb. O, rüşvət işi üzrə məhkum edilib, lakin bu iş üzrə həbs cəzası çəkməyəcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp