Tsahkna: Əməkdaşlığımızın daha da güclənməsini məmnuniyyətlə gözləyirik
Tallin, 27 noyabr (Hibya) – Estoniya xarici işlər naziri Margus Tsahkna bildirib ki, gələn il Estoniyanın mövcud 45 xarici nümayəndəliyinə Ermənistan, Azərbaycan, Braziliya, Keniya və Moldovadakı səfirliklər də əlavə olunacaq.
Xarici işlər naziri Tsahkna bildirib ki, xarici xidmətin əsas vəzifəsi diplomatiya yolu ilə təhlükəsizliyi təmin etməkdir.
O qeyd edib ki, Estoniya təhlükəsizlik və iqtisadi inkişaf maraqları çərçivəsində qlobal miqyasda varlığını gücləndirəcək. “Gələn il Estoniyanın mövcud 45 xarici nümayəndəliyinə Ermənistan, Azərbaycan, Braziliya, Keniya və Moldovadakı səfirliklər də əlavə olunacaq,” – deyə o bildirib.
Tsahkna əməkdaşlığın daha da güclənməsini səbirsizliklə gözlədiklərini vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi