Tusk: Polşa dəmir yolu partlayışının törədənlərinin kimliyini bilirik
Varşava, 18 Noyabr (Hibya) – Polşanın Baş naziri Donald Tusk bildirib ki, Polşa dəmir yolunda baş verən partlayış Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil olunub və hadisəni törədən iki ukraynalı daha sonra Belarusiyaya qaçıblar.
Baş nazir Tusk Polşadakı dəmir yolu xəttində baş verən partlayışla bağlı aparılan istintaq prosesi barədə açıqlama verib.
O deyib ki, hücum Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil olunub və bu məqsədlə iki ukraynalı cəlb edilib. Tusk əlavə edib: “Həmçinin dərhal Polşadan Belarusiyaya qaçan təqsirkarların kimliyini də bilirik.”
Azərbaycan İnformasiya Agentliyi