Ukrayna: Qaranlıq bizi dayandıra bilməz
Kiyev, 24 Noyabr (Hibya) – Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanın enerji infrastrukturuna etdiyi hücumlara baxmayaraq, ölkədə həyatın dayanmadığını açıqlayıb.
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanın raket və dron hücumları nəticəsində şəhər və kəndlər saatlarla işıqsız qalıb. Nazirlik xalqın bu çətinliklər qarşısında təslim olmadığını vurğulayaraq belə deyib:
“Sükut və qorxu əvəzinə başqa mənzərələr yaranır: Valideynlər uşaqlar oynaya bilsin deyə futbol meydançasını işıqlandırır; bərbərlər fənər işığında saç kəsir; musiqiçilər işıqlar söndükdən sonra belə mahnı oxumağa davam edir, hücumun həmin anı yarımçıq qoymasına imkan vermirlər. Qaranlıq bizi dayandıra bilməz.”
Nazirlik bəyan edib ki, bu davranışlar “Rus terroruna baxmayaraq dayanmaq bilməyən bir ölkənin ruhunu” göstərir və dünya ictimaiyyətinə çağırış edib.
Azərbaycan İnformasiya Agentliyi