Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski Kanada Baş naziri Mark Karni ilə görüşünü “çox yaxşı və faydalı” adlandırıb. O bildirib ki, İsveçrədəki danışıqlar qruplarının işi barədə məlumat verib və Ukraynanın ABŞ tərəfindən təklif olunan addımlar üzərində mümkün qədər konstruktiv çalışdığını vurğulayıb.

Zelenski Baş nazirə dəstəyinə və köməyə hazır olmasına görə təşəkkür edib və gələn həftənin əvvəlində “Könüllülər Koalisiyası” formatında görüş keçirilməsinin planlaşdırıldığını qeyd edib. O həmçinin Xorvatiya Baş naziri Andrej Plenkoviç və Lüksemburq Baş naziri Luk Friden ilə birgə görüş keçirdiyini bildirib.

Zelenski demişdir ki, demək olar ki, bütün Avropa ölkələri sülh prosesini yaxından izləyir və bu prosesdə iştirak etməyə hazırdır. “Biz real və davamlı sülhə aparacaq bir nəticəyə inanırıq. İş mümkün qədər məzmunlu olmalıdır və biz bunu təmin edəcəyik”, – deyə o bildirib.

Zelenski Ukraynanı dəstəkləyən bütün liderlərə və dünya üzrə insanlara təşəkkür edib və dostlar arasında tam koordinasiyanı təmin etmək üçün işlərin davam etdiyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp