Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski bugünkü günün sülh yolunda real irəliləyişin əldə olunması və Ukraynanın hər bir şəraitdə müstəqilliyinin təmin edilməsi məqsədilə çoxsaylı telefon danışıqları və təmaslarla keçdiyini deyib.

ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə dünən baş tutan birgə görüşdən sonra Zelenski NATO Baş katibi Rutte və Finlandiya Prezidenti Stubb ilə ayrıca danışdığını da qeyd edib.

“Əsas detalları nəzərdən keçirmək vacibdir. Üstünlüklər tamamilə aydındır. Birincisi, qətliam dayandırılmalı və Rusiya atəşkəsi qəbul etməlidir. İkincisi, liderlər üçün format yaradılmalıdır ki, bu cür görüş həqiqətən dayanıqlı sülhə gətirib çıxarsın. Üçüncüsü, uzunmüddətli təhlükəsizlik – bu yalnız ABŞ və Avropa ilə birlikdə mümkündür.”

Zelenski vurğulayıb ki, Ukrayna heç vaxt müharibə istəməyib və sülh üçün məhsuldar şəkildə işləməyə davam edəcək. O əlavə edib:

“Əsas məsələ Rusiyanın – bu müharibəyə başlayan tərəfin – aqressiyanı dayandırmaq üçün real addımlar atmasıdır. Dünya isə təcavüzkara təsir etmək və vədlərin yerinə yetirilməsini yoxlamaq üçün alətlərə malikdir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp