Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Hegseth “X”dəki paylaşımında bildirib ki, ordu “terror təşkilatları tərəfindən idarə olunan” iki ayrı gəmi üzərinə iki ölümcül hücum həyata keçirib, lakin ekipaj üzvlərinin hansı təşkilatlarla əlaqəli olduqları barədə məlumat verməyib.

“Kəşfiyyatımız bilirdi ki, bu gəmilər qanunsuz narkotik qaçaqmalçılığı ilə əlaqəlidir, narkotik daşıyır və Şərqi Sakit okeanda tanınmış qaçaqmalçılıq marşrutu boyunca hərəkət edirdi”, – deyə Hegseth qeyd edib.

ABŞ ordusunun məlumatına görə, Vaşinqtonun narkotiklərin ABŞ-a axınının qarşısını almaq məqsədilə həyata keçirdiyi kampaniya çərçivəsində 19 hücum nəticəsində 20 gəmi məhv edilib və 76 nəfər öldürülüb.

Ötən həftə də daxil olmaqla Konqresdə keçirilən bir sıra brifinqlərdə administrasiya rəsmiləri etiraf ediblər ki, hücum həyata keçirməzdən əvvəl bəzən gəmilərdəki bütün şəxslərin kimliyini bilmirlər. CNN-in məlumatına görə, hücumlar gəmilərin müəyyən kartel və ya cinayət təşkilatları ilə əlaqəsi barədə kəşfiyyat məlumatlarına əsaslanır.

Tramp administrasiyası həmçinin vurulan gəmilərdə narkotik tapıldığına və ya onların narkotik kartelləri ilə əlaqəli olduğuna dair ictimai sübut təqdim etməyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp