Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Antikorrupsiya qurumu dövlət nüvə enerjisi operatoru “Enerqoatom”un 10–15 faiz aralığında qanunsuz ödənişlər aldığını bildirib.

Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) bazar ertəsi ölkənin enerji sektorunda, xüsusilə Enerqoatomla bağlı əməliyyatlarda rüşvət iddiaları üzrə genişmiqyaslı istintaq apardığını açıqlayıb.

Hökumətdən müstəqil fəaliyyət göstərən büro hadisəyə bir neçə yüksək vəzifəli şəxsin cəlb olunduğunu iddia edir. Ukrayna mediası onlardan birinin prezident Zelenskinin biznes tərəfdaşı Timur Mindiç olduğunu bildirib.

Məlumata görə, Mindiç istintaqçılar Kiyevdəki mənzilində axtarış aparmaq üçün gəlməzdən bir neçə saat əvvəl ölkəni tərk edib. O, Zelenskinin prezidentlikdən əvvəl yaratdığı “Kvartal 95” media istehsal şirkətinin həmtəsisçisidir.

NABU bəyan edib ki, bir neçə şəxs cinayətkar qrup yaradıb və “ictimai sektorun strateji müəssisələrinə, xüsusən də Enerqoatoma təsir göstərmək üçün genişmiqyaslı korrupsiya sxemi” qurub. Büroya görə, həmin şəxslər xidmət və mal ödənişlərinin ləngiməsinin və ya təchizatçı statusunun itirilməsinin qarşısını almaq üçün Enerqoatomun tərəfdaşlarını 10–15 faiz həcmində rüşvət verməyə məcbur ediblər.

Zelenskinin ofisindən yüksək vəzifəli bir rəsmisi Mindiçlə bağlı suala cavabında bildirib ki, Ukrayna hökuməti “korrupsiyanın aradan qaldırılmasına yönəlmiş bütün fəaliyyətləri” dəstəkləyir və NABU ilə digər müstəqil qurumların topladığı sübutların məhkəmədə yoxlanmalı olduğunu vurğulayıb.

Bu iş Zelenski administrasiyası ilə ölkənin iki aparıcı antikorrupsiya qurumu arasında uzunmüddətli gərginliyi üzə çıxarır. İyulda Zelenski NABU-nun və ixtisaslaşmış antikorrupsiya prokurorluğunun səlahiyyətlərini zəiflədən mübahisəli qanunu imzalayıb.

Həmin addım hökumətə qarşı ilk ciddi etirazları alovlandırıb: minlərlə etirazçı Kiyevdə Prezident Administrasiyasının qarşısında toplaşaraq “Utanc” və “Qanuna veto qoyun” şüarlı plakatlar qaldırıblar.

İctimai narazılıq və Avropa müttəfiqlərinin çağırışları fonunda Zelenski geri addım atıb. Qurumların səlahiyyətlərini bərpa edən və onların müstəqilliyini təmin etdiyini göstərən yeni qanun təcili qaydada qəbul edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp