Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bu açıqlama Prezident Donald Trampın Suriya Prezidenti Əhməd əl-Şara ilə Ağ Evdə görüşündən sonra verilib. Bu, ölkə tarixində suriyalı liderin ilk səfəri idi.

Əl-Şara Fox News-a müsahibəsində bildirib ki, bu səfər ölkəsinin ABŞ-la əməkdaşlıq edəcəyi “yeni bir dövrün” tərkib hissəsidir.

Tramp, ABŞ hökuməti tərəfindən yaxın vaxtadək “terrorçu” kimi tanınan əl-Şaraya dəstəyini ifadə edib.

Suriya, “DEAŞ”ın qalan elementlərini məhv etməyi və Yaxın Şərqə xarici döyüşçülərin axınını dayandırmağı hədəfləyən qlobal koalisiyaya qoşulan 90-cı ölkə olacaq.

Görüşdən sonra yüksək vəzifəli rəsmi təsdiqləyib ki, ABŞ Xəzinə Nazirliyi, Dövlət və Ticarət nazirlikləri ilə birgə, Suriyaya tətbiq olunan iqtisadi məhdudiyyətlərin aradan qaldırılması və investorlar üçün uyğunluq məsələlərinə dair “aydınlıq təmin edilməsi” ilə bağlı yeni tədbirləri elan edəcək.

Tedbirlərin bir hissəsi olaraq administrasiya 2019-cu ildən keçmiş Suriya hökumətinə sanksiyalar tətbiq edən “Sezar Qanunu”nun icrasını 180 gün müddətinə dayandıracaq.

Görüşdən bir neçə saat sonra Tramp Oval Ofisdə jurnalistlərə bildirib: “Biz Suriyanın çox uğurlu bir ölkə olmasını istəyirik.”

O əlavə edib: “Və düşünürəm ki, bu lider bunu bacaracaq. Mən buna həqiqətən inanıram.”

Suriya ilə ABŞ arasında diplomatik münasibətlər 2012-ci ildən dayandırılıb, lakin indi ABŞ Suriyanın Vaşinqtondakı səfirliyini yenidən açmasına icazə verəcək.

Bu, iki lider arasında üçüncü görüşdür: may ayında Körfəz Əməkdaşlıq Şurası çərçivəsində və sentyabrda BMT Baş Assambleyası zamanı keçirilən axşam yeməklərindən sonra.

Əl-Şaranın Ağ Evə səfəri keçmiş cihadçının diqqətçəkən reabilitasiyasının son mərhələsini təmsil edir.

O, vaxtilə 11 sentyabr hücumlarının və digər bir sıra hücumların arxasında duran “Əl-Qaidə”nin bir qoluna rəhbərlik edib, sonradan isə bu qrupla əlaqələri kəsib.

Bu ilə qədər o, ABŞ-ın rəsmi olaraq terror təşkilatı kimi tanıdığı və başına 10 milyon dollar mükafat qoyduğu silahlı islamçı “Heyət Təhrir əş-Şam” qrupunun lideri olub.

ABŞ Xəzinə Nazirliyi əl-Şaranı ötən həftə “xüsusi təyin olunmuş qlobal terrorçular” siyahısından çıxarıb.

Lakin Suriyanın müvəqqəti prezidenti olduqdan sonra əl-Şara 13 illik müharibədən sonra ölkəni xarici dəstək ilə yenidən qurmağa çalışarkən ictimai imicini yumşaltmağa cəhd edir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp