Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Çin Ticarət Nazirliyi tərəfindən dünən verilən açıqlamada bildirilir ki, Çin ABŞ-ı dərhal səhvini düzəltməyə və Çin şirkətlərinə qarşı əsassız təzyiqləri dayandırmağa çağırıb.

Çin Ticarət Nazirliyi bu açıqlamanı ABŞ Ticarət Nazirliyinin “entitilər siyahısı”nda (entity-list) olan şirkətin ən azı 50%-nə sahib olduğu törəmə şirkətləri də əhatə edəcək şəkildə ixrac məhdudiyyətlərini genişləndirməsi ilə bağlı jurnalistin sualına cavab olaraq verib.

Açıqlamada qeyd olunub ki, bu qayda ABŞ-ın milli təhlükəsizlik anlayışını ümumiləşdirərək ixrac nəzarətindən sui-istifadə etməsinin başqa bir nümunəsidir və bu qərardan təsirlənən müəssisələrin qanuni hüquq və maraqları ciddi şəkildə pozulur.

Həmçinin vurğulanıb ki, bu qayda beynəlxalq iqtisadi və ticarət qaydalarını pozacaq, qlobal sənaye və təchizat zəncirlərinin təhlükəsizliyinə və sabitliyinə zərər verəcək. Çin bu qaydaya qəti şəkildə qarşı çıxır və Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qorumaq üçün lazım olan tədbirləri görəcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp