Çinli nümayəndə: Fələstin məsələsinin həll prosesi sürətləndirilməlidir
Çinin BMT-nin Cenevrə Ofisindəki və digər beynəlxalq təşkilatlar yanındakı Daimi Nümayəndəsi Çen Xu beynəlxalq ictimaiyyəti Fələstin məsələsinin həll prosesini sürətləndirməyə çağırıb.
Çinin BMT-nin Cenevrə Ofisindəki və digər beynəlxalq təşkilatlar yanındakı Daimi Nümayəndəsi Çen Xu beynəlxalq ictimaiyyəti Fələstin məsələsinin həll prosesini sürətləndirməyə çağırıb.
Çen Xu, BMT-nin İnsan Hüquqları Şurasının 60-cı Sessiyası çərçivəsində dünən Fələstin və işğal olunmuş digər ərəb torpaqlarında baş verən insan haqları pozuntularına dair aparılan müzakirədə Çinin mövqeyini açıqlayıb.
O qeyd edib ki, Fələstin və İsrail arasındakı toqquşmalar misilsiz humanitar fəlakətə səbəb olub. Lakin İsrail Qəzza şəhərini ələ keçirmə planında israr edir, İordan çayının Qərb sahilinin ilhaqını sürətləndirir və Qətərdə sülh danışıqlarında iştirak edən HƏMAS nümayəndə heyətinə hava hücumu həyata keçirib.
Çen Xu bildirib ki, İsrailin bu cür addımları beynəlxalq hüquq normalarına ciddi şəkildə ziddir, fələstinlilərin və digər qonşu ölkə xalqlarının yaşamaq və inkişaf hüquqlarını kobud şəkildə pozur və Yaxın Şərqdəki sabitliyə birbaşa ziyan vurur.
O, beynəlxalq ictimaiyyəti Fələstin məsələsində həll prosesini sürətləndirməyə, Qəzzada hərtərəfli atəşkəsin təmin edilməsinə, iki dövlətli həllin dirçəldilməsinə və Yaxın Şərqdə sülh və sabitliyin qorunmasına çağırıb.
Çinli nümayəndə vurğulayıb ki, Çin beynəlxalq ictimaiyyətlə birlikdə Fələstin məsələsinin qısa müddətdə hərtərəfli, ədalətli və davamlı şəkildə həllini təşviq etməyə davam edəcək.
Azərbaycan İnformasiya Agentliyi