Çin dünyanın ən böyük körpüsünü istifadəyə verdi
Çinin Quyçjou əyalətində inşa edilən Huajiang Kanyon Körpüsü bu gün istifadəyə verildi.
Çinin Quyçjou əyalətində inşa edilən Huajiang Kanyon Körpüsü bu gün istifadəyə verildi.
Körpü əsas aşırımı və hündürlüyü ilə həm üfüqi, həm də şaquli olaraq dünyanın ən böyük körpüsü adını qazandı.
1420 metrlik əsas aşırıma malik olan Huajiang Kanyon Körpüsü bu sahədə dünya rekordunu qırdı. Eyni zamanda, 625 metr su səviyyəsindən hündürlüyü ilə körpü “dünyanın ən hündür körpüsü” hesab olunur.
Nəhəng körpü, Quyçjou əyalətinin Liuzhi və Anlong şəhərlərini birləşdirir.
Azərbaycan İnformasiya Agentliyi