Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bu gün Çinin Makao Xüsusi İnzibati Bölgəsinin müxtəlif dairələri ilə Çin Media Qrupu (CMG) arasında əməkdaşlığın dərinləşdirilməsi üçün bölgədə möhtəşəm bir mərasim keçirildi.

Mərasimdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat Departamentinin sədr müavini və CMG-nin prezidenti Şen Hayşionq, həmçinin Çinin Makao Xüsusi İnzibati Bölgəsinin İcra Başçısı Sam Hou Fai iştirak ediblər.

Şen Hayşionq mərasimdə çıxış edərək bildirib ki, CMG Makao yerli hökuməti və bölgədəki müxtəlif dairələrdən olan dostlarla birlikdə “Bir Ölkə, İki Sistem” siyasətinin Makao’dakı tətbiqində yeni bir səhifə açmaq üçün birgə səylər göstərəcək.

İmzalanmış əməkdaşlıq sazişinə görə, CMG və Makao xəbər çatdırılması, istedad mübadiləsi, xarici əlaqələr, idman yarışları kimi sahələrdə sıx əməkdaşlıq edəcək və Makaonun vətənin inkişaf prosesinə fəal şəkildə qoşulması sürətləndiriləcək.

Həmin gün CMG tərəfindən hazırlanmış “Si Cinpinin Mədəniyyətə Sevgisi” və “Si Cinpinin İqtisadi Fikri” adlı televiziya proqramları Makaoda fəaliyyət göstərən əsas media qurumlarında yayımlandı.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp