2025 Dünya Yeni Enerjili Avtomobillər Konfransı başladı
Haykou, 28 Sentyabr (Hibya) – 2025 Dünya Yeni Enerjili Avtomobillər Konfransı dünən Çinin Haykou şəhərində başladı.
Üç gün davam edəcək konfransın əsas mövzusu “Sənaye islahatı və dayanıqlı inkişaf” olaraq müəyyənləşdirildi. Konfrans çərçivəsində üç əsas forum, 15 xüsusi mövzulu forum və bəzi elm və texnologiya tədbirləri keçiriləcək.
Bundan əlavə, konfrans çərçivəsində 50-dən çox qlobal yeni enerjili avtomobil şirkətinin iştirak etdiyi “Yeni Enerjili Avtomobil Texnologiyası və Elm Sərgisi” pulsuz olaraq ziyarət edilə biləcək.
Azərbaycan İnformasiya Agentliyi