Çində 8 günlük tətildə səyahət rekordu gözlənilir
Çində bu il 1 oktyabrda başlayacaq Milli Gün və Payız Ortası Festivalı tətilinin birləşməsi ilə ümumilikdə 8 gündə 2,36 milyard səfərin baş tutacağı gözlənilir.
Çində bu il 1 oktyabrda başlayacaq Milli Gün və Payız Ortası Festivalı tətilinin birləşməsi ilə ümumilikdə 8 gündə 2,36 milyard səfərin baş tutacağı gözlənilir.
Çin Dövlət Şurasının Mətbuat Ofisi tərəfindən keçirilən mətbuat konfransında Nəqliyyat Nazirliyinin rəsmisi tətil planları barədə məlumat verib.
Rəsmiyə görə, 8 günlük tətil zamanı Çin üzrə bölgələrarası səfərlərin sayı 2,36 milyarda çatacaq. Qeyd olunub ki, gündəlik orta sərnişin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % artaraq 295 milyona yüksələcək.
Bu tətil günlərində şəxsi avtomobillə səyahət edənlərin sayı 1,87 milyarda çatacaq ki, bu da ümumi səfərlərin təxminən 80 %-ni təşkil edir.
Azərbaycan İnformasiya Agentliyi