Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Çin Prezidenti Si Cinpin və Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi və Dövlət Başçısı Migel Dias-Kanel bu gün Çin-Kuba diplomatik əlaqələrinin qurulmasının 65-ci ildönümü münasibətilə bir-birlərinə təbrik mesajları göndəriblər.

Si Cinpin mesajında yaxın vaxtlarda Kubanın Prezidenti Kanel ilə görüşdüyünü, onun Çin xalqının Yaponiya təcavüzünə qarşı müqavimət müharibəsində və dünyanın faşizmə qarşı müharibəsində əldə olunan qələbələrin 80 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Çinə gəldiyini xatırladaraq, Çin-Kuba ortaq taleyi birliyinin yaradılması məsələsində mühüm razılıq əldə etdiklərini bildirib.

Si Cinpin qeyd edib ki, Çin Kuba ilə əlaqələrə böyük önəm verir və Kanel ilə birlikdə Çin-Kuba diplomatik münasibətlərinin 65-ci ildönümünün yaratdığı imkanlardan istifadə etməyə, ənənəvi dostluğu möhkəmləndirməyə, yüksək səviyyəli siyasi qarşılıqlı etimadı gücləndirməyə, qlobal ədaləti qorumağa və Çin-Kuba ortaq taleyi birliyinin qurulmasında davamlı irəliləyiş əldə etməyə hazırdır.

Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi və Dövlət Başçısı Migel Dias-Kanel isə mesajında qeyd edib ki, Kuba “vahid Çin” prinsipinə sadiq qalacaq, xarici qüvvələrin Çinin daxili işlərinə qarışmasına qarşı çıxacaq, Kuba-Çin ortaq taleyi birliyinin qurulmasını qətiyyətlə davam etdirəcək və hegemonluğa qarşı birgə mübarizə aparacaq.

Həmin gün Çin Baş naziri Li Çianq və Kuba Baş naziri Manuel Marrero Kruz da bir-birlərinə təbrik mesajları göndəriblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp