Çin xalqı 18 Sentyabr hadisəsinin qəhrəmanlarını ehtiramla anır
CGTN müxbiri Barış Liu bildirib ki, Çin 1931-ci ildə ölkənin şimal-şərqində baş vermiş 18 Sentyabr hadisəsinin 94-cü ildönümünü qeyd edib.
CGTN müxbiri Barış Liu bildirib ki, Çin bu gün ölkənin şimal-şərqində 1931-ci ildə baş vermiş 18 Sentyabr hadisəsinin 94-cü ildönümünü qeyd edir.
Liu vurğulayıb ki, 18 Sentyabr hadisəsi Çin xalqının Yapon təcavüzünə qarşı Müqavimət Müharibəsinin və Faşizmə Qarşı Dünya Müharibəsinin başlanğıcı hesab olunur və əlavə edib: “Xatirə tədbirlərində sərt qış şəraitində işğalçılara qarşı təkbaşına mübarizə aparan general Yan Cinqu, ağır işgəncələrə baxmayaraq təslim olmayaraq şəhid olan qadın komandir Çjao Yiman və Qurd Dişi Dağında özlərini uçuruma atan beş əsgər ehtiramla anıldı. Qəhrəmanların fədakarlığı və cəsarəti Çin millətinin tarixində silinməz izlər qoydu.”
Barış Liu bu mübarizənin yaddaşlarda qaldığını vurğulayaraq əlavə edib:
“Müharibənin tüstüsü dağılmış olsa da, ölümünədək aparılan o amansız mübarizə hələ də yaddaşlarda yaşayır. Çin xalqı tarixi unutmadan irəliləmək üçün qətiyyətlə çalışmaqda davam edir. Ədalət həmişə qalib gəlir! Sülh həmişə qalib gəlir! Xalq həmişə qalib gəlir!”
Azərbaycan İnformasiya Agentliyi