Çinin elm və texnologiya yatırımları tarixi səviyyələrə çatıb
Çinin elm və texnologiya yatırımlarının tarixi səviyyələrə çatdığı elan olunub.
Çinin elm və texnologiya yatırımlarının tarixi səviyyələrə çatdığı elan olunub.
Çin Dövlət İnformasiya İdarəsinin təşkil etdiyi mətbuat konfransında 14-cü Beşillik Plan dövründə (2021–2025) elm və texnologiya sahəsində əldə olunan nailiyyətlər qiymətləndirilib.
Bəyanata görə, bu dövrdə tədqiqat və inkişaf (T&İ) yatırımları davamlı olaraq artıb. 2024-cü ildə ölkə üzrə ümumi T&İ xərcləri 3,6 trilyon yuanı ötüb. Bu rəqəm 2020-ci illə müqayisədə 48% artım deməkdir, T&İ xərclərinin ÜDM-dəki payı isə 2,68%-ə yüksələrək Avropa Birliyi ortalamasını geridə qoyub. Çin həm də T&İ sahəsində işləyənlərin sayına görə dünya lideri olub.
Əsas tədqiqatlara ayrılan vəsait 249,7 milyard yuana qalxaraq 2020-ci illə müqayisədə 70%-dən çox artım göstərib. Bundan əlavə, yüksək təsir faktoruna malik jurnallarda dərc olunan məqalələrin sayı və beynəlxalq patent müraciətləri üzrə Çin beş il ardıcıl dünya liderliyini qoruyub.
Azərbaycan İnformasiya Agentliyi