Xorqos sərhəd keçid məntəqəsindən avtomobil ixracı sürətlə artır
Çinin Sincan Uyğur Muxtar Rayonundakı Xorqos sərhəd keçid məntəqəsindən avtomobil ixracının artdığı bildirilib.
Çinin Sincan Uyğur Muxtar Rayonundakı Xorqos sərhəd keçid məntəqəsindən avtomobil ixracının artdığı bildirilib.
Xorqos Gömrük İdarəsinin açıqladığı məlumata görə, 2025-ci ilin ilk 8 ayında ixrac olunan avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artaraq 258 minə çatıb.
Eyni dövrdə elektrikli avtomobil ixracında isə daha yüksək artım qeydə alınıb. Sərhəd keçid məntəqəsindən ixrac olunan elektrikli avtomobillərin sayı 45,2 faiz artaraq 102 minə yüksəlib.
Azərbaycan İnformasiya Agentliyi