Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Açılış günü ABŞ prezidenti Donald Trampın nəzərəçarpan yoxluğu ilə yadda qalır.

Sammitin açılışından əvvəl birgə liderlik bəyanatı üzərində gərgin danışıqlar aparılıb. ABŞ prezidenti Donald Tramp əvvəlcədən bəyan etmişdi ki, “Cənubi Afrikada ağ əhaliyə təzyiqlər” səbəbindən tədbiri boykot edəcək.

Mənbəyə görə, Vaşinqton yekun sənədi tanımaqdan imtina edəcək və onun yalnız prezident bəyanatı kimi dərc olunmasını tələb edəcək. Lakin cümə gününə qədər tərəflər yekun mətn barədə razılığa gəlib. Bildirilir ki, sənəd Ukrayna böhranına görə Rusiyanı qınamır, lakin münaqişələrin sülh yolu ilə həllinə çağırır.

Eyni zamanda Rusiya prezidenti Vladimir Putin İqlim Liderləri Sammitinə videobağlantı ilə qoşulacaq.

G20 sammiti 22–23 noyabr tarixlərində Yohannesburqda keçiriləcək. Bütün sessiyalar və ikitərəfli görüşlər mətbuatsız, qapalı şəkildə baş tutacaq.

G20-yə Rusiya, Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Səudiyyə Ərəbistanı, Amerika Birləşmiş Ştatları, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika, Yaponiya, eləcə də Avropa İttifaqı və Afrika İttifaqı daxildir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp