Leyen: Aİ regional əlaqələrə sərmayə qoymağa hazırdır
Brüssel, 16 may (Hibya) – Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı regional əlaqələrin gücləndirilməsinə, bütün regionu bir-birinə və İttifaqa yaxınlaşdırmağa hazırdır.
Fon der Leyen, Avropa Şurasının sədri Antonio Kosta ilə birlikdə Ermənistan və Azərbaycan liderlərini sülh müqaviləsinin imzalanması münasibətilə təbrik etdiklərini bildirib.
“Bu razılaşma irəliyə doğru atılmış böyük addımdır. Biz onun tez bir zamanda imzalanmasını səbirsizliklə gözləyirik. Aİ regional əlaqələrə sərmayə qoymağa və bütün regionu bir-birinə və İttifaqımıza daha da yaxınlaşdırmağa hazırdır,” – deyə o bildirib.
Azərbaycan İnformasiya Agentliyi