Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəliyi Qəzzaya dair yeni BMT Təhlükəsizlik Şurası qətnamə layihəsi hazırladığını açıqladı. Bildirilib ki, sənədin məqsədi ABŞ tərəfindən təqdim olunan təklifin “yenidən işlənərək Təhlükəsizlik Şurasının əvvəlki qərarları ilə tam uyğunlaşdırılmasıdır”.

13 noyabr 2025-ci il tarixli layihədə Fələstin–İsrail münaqişəsinə dair diplomatik təşəbbüslər ətraflı şəkildə sadalanır. Misir, Qatar Dövləti, Türkiyə Respublikası və Amerika Birləşmiş Ştatlarının apardığı təmaslara diqqət çəkilir, 13 oktyabrda Şarm əl-Şeyxdə keçirilən zirvənin və 29 sentyabrda qəbul edilən “Qəzza Münaqişəsinə Son Qoymaq üçün Hərtərəfli Plan”ın əhəmiyyəti vurğulanır.

Mətn Qəzza zolağında atəşkəsə gətirib çıxaran təşəbbüsləri məmnunluqla qarşılayır və tərəfləri münaqişənin tam dayandırılması üçün praktiki addımlar barədə danışıqlara çağırır. Həmçinin BMT Baş katibindən planın icrasını gücləndirəcək variantları qiymətləndirməsi və zərurət yarandığı halda beynəlxalq sabitləşdirmə qüvvəsinin yerləşdirilməsinə dair hesabat təqdim etməsi xahiş olunur.

Layihə Qəzzaya sürətli, təhlükəsiz və maneəsiz humanitar çıxışın təmin edilməsinin zəruri olduğunu vurğulayır və istənilən demoqrafik və ya ərazi dəyişikliyini qəti şəkildə rədd edir. Sənəd beynəlxalq ictimaiyyətin iki dövlətli həll vizyonuna sadiqliyini bir daha təsdiqləyir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp