Şahin Filippindəki Fələstin icması ilə görüşdü
Manila, 17 Noyabr (Hibya) – Fələstinin Xarici İşlər və Məcburi Köçkünlər Naziri Dr. Varsine Aghabekian Şahin, xaricdə yaşayan fələstinlilərin Fələstin məsələsinin dəstəklənməsində oynadığı həyati rolu vurğulayıb.
Şərqi Asiya ölkələrini əhatə edən rəsmi səfər proqramı çərçivəsində Filippinə səfər edən Fələstin XİN rəhbəri Şahin, Manilada orada yaşayan Fələstin icması üzvləri ilə görüşüb. Görüş zamanı Şahin xaricdəki fələstinlilərin səsinin əhəmiyyətini və onların yaşadıqları cəmiyyətlərdə oynadıqları təsirli rolu vurğulayıb. O həmçinin bildirib ki, ölkədən kənarda yaşayan hər bir fələstinli öz məsələsinin səfiridir.
Nazir Şahin görüşdə Fələstindəki son siyasi proseslər barədə məlumat verib və Fələstin rəhbərliyinin müstəqil dövlət hədəfinə, xalqın təhlükəsizliyinin, azadlığının və ləyaqətinin qorunmasına yönəlik diplomatik səylərini dəyərləndirib.
Azərbaycan İnformasiya Agentliyi