Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Niderland Baş naziri Dik Sxof qeyd edib ki, Afrika ölkələri və Afrika İttifaqı ilə güclü əməkdaşlıq qurmaq Avropa üçün həyati əhəmiyyət daşıyır və bu əməkdaşlıq ticarət, enerji keçidi, mütəşəkkil cinayətkarlıqla mübarizə və qanunsuz miqrasiyanın qarşısının alınması kimi sahələrdə kritik rol oynayır.

Sxof bildirib ki, o, Afrika İttifaqı və Avropa İttifaqı arasında Anqolada keçirilən sammitdə iştirak edib və Anqola Prezidenti Joao Lourenso ilə görüş keçirib. Görüşdə iki ölkə arasında münasibətlər və əməkdaşlığın daha da genişləndirilə biləcəyi sahələr müzakirə olunub.

O, Anqola, Konqo Demokratik Respublikası və Zambiyanı əhatə edən strateji “Lobito Dəhlizi” layihəsinin əhəmiyyətinə diqqət çəkib.

Sxof qeyd edib ki, Niderlandın Anqola rəsmiləri ilə birgə hazırladığı logistika platforması sayəsində niderland şirkətləri dəmir yolu xətti boyunca yerləşən məhsuldar kənd təsərrüfatı ərazilərinin inkişafına öz mütəxəssisliyi ilə töhfə verə bilərlər. O, bunu Avropa, niderland şirkətləri və Anqola üçün “qazan-qazan imkanı” adlandırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp