Tramp: Şirkətləri ABŞ-a köçürmək üçün əla vaxtdır
Vaşinqton, 9 Aprel (Hibya) – ABŞ Prezidenti Donald Tramp bildirib ki, qlobal gömrük müharibəsinin dərinləşdiyi, maliyyə bazarlarının bütün sektorlarının sarsıldığı və investorların ABŞ dövlət istiqrazlarını kütləvi şəkildə satdığı bir vaxtda, sahibkarların şirkətlərini ABŞ-a köçürməsi üçün "əla vaxt"dır.
Truth Social platformasında paylaşdığı bir mesajda Tramp qeyd edib ki, ABŞ-a gələn şirkətlər daha az bürokratiya, "ekoloji gecikmələr" və "sıfır gömrük rüsumları" ilə qarşılaşacaqlar.
Bu paylaşım, Çinin ABŞ mallarına tətbiq olunan gömrük tariflərini 34%-dən 84%-ə qaldıracağını açıqlamasından bir neçə dəqiqə sonra gəldi. Trampın Çin mallarına tətbiq etdiyi 104%-lik tarif Çərşənbə günü Bakı vaxtı ilə saat 07:00-da qüvvəyə minib.
Donald Tramp yazdı:
"Şirkətinizi Apple və digər bir çox şirkətin rekord sayda etdiyi kimi Amerika Birləşmiş Ştatlarına köçürmək üçün əla zamandır. Sıfır tariflər, demək olar ki, dərhal Elektrik/Enerji bağlantısı və təsdiqlər. Heç bir ekoloji gecikmə yoxdur. Gözləməyin – indi edin!"
Azərbaycan İnformasiya Agentliyi