Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski görüşün səmərəli keçdiyini bildirib, Ukraynaya verdiyi dəstəyə görə Kanadaya təşəkkür edib və iki ölkə arasında dostluq münasibətlərinin əhəmiyyətinə toxunub.

“Kanadanın dəstəyi üçün minnətdaram. Ukraynanın əsl dostu olaraq yanımızda olmanızı çox dəyərli hesab edirik,” deyə Zelenski bildirib və əlavə edib ki, görüşdə davamlı sülhə nail olmaq üçün atılmalı addımlar müzakirə edilib.

Zelenski vurğulayıb ki, müzakirədə müharibənin dayandırılması üçün Rusiyaya təzyiqlərin artırılması əsas mövzu olub. Liderlər həmçinin müdafiə sahəsində əməkdaşlıq və “Könüllülər Koalisiyası”nın inkişafını da müzakirə ediblər. Zelenski G7 Zirvəsinə dəvətə görə Kanadaya təşəkkür edib və tədbirdə iştirakını səbirsizliklə gözlədiyini bildirib.

Sonda Zelenski Kanada Baş naziri Mark Karniyə Ukraynaya səfər dəvəti ünvanlayıb və yaxın vaxtlarda onu qəbul etməkdən məmnun olacaqlarını deyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp