Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski yazıb: “Sabah Türkiyədə danışıqlarımız var. Danışıqların intensivləşdirilməsinə hazırlaşırıq və tərəfdaşlarımıza təqdim edəcəyimiz həllər hazırlamışıq. Müharibəni bitirmək üçün əlimizdən gələni etmək Ukraynanın ən böyük prioritetidir.”

O əlavə edib ki, əsirlərin mübadiləsi və geri qaytarılması istiqamətində də işlər davam edir.

Bundan əvvəl Ukrayna parlamentinin deputatı Oleksiy Qonçarenko bildirmişdi ki, Zelenski Türkiyə səfəri zamanı korrupsiyada ittiham olunan və yaxınlarda Ukraynanı tərk edən iş adamı Timur Mindiçlə görüşə bilər.

Ukraynanın xarici işlər nazirinin müavini Serhiy Kislitsya 12 noyabr tarixində Kiyev və Moskva arasında sülh danışıqlarının rəsmi olaraq dayandırıldığını açıqlamışdı. O, rus nümayəndələrinin həllə yönəlik konkret addımları görməzdən gəldiyini iddia edib.

Diplomat daha əvvəl Rusiyanın Ukrayna ilə İstanbulda danışıqlara hazır olduğunu bildirmişdi.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp