Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski təsdiqləyib ki, Rusiya gecə ərzində Ukraynaya 470-dən çox hücum dronu və 48 raket (birinin ballistik, digərlərinin qanadlı raket) atıb.

Prezident bildirib ki, Ternopildə 9 mərtəbəli yaşayış binaları vurulub, yanğınlar baş verib və ciddi dağıntılar yaranıb. O, dağıntılar altında insanların ola biləcəyini qeyd edərək, bütün təcili yardım qruplarının hadisə yerində olduğunu deyib: “Onlarla insan yaralanıb, təəssüf ki, 9 nəfər həyatını itirib. Ailələrinə başsağlığı verirəm.”

Zelenski əlavə edib ki, Xarkovda da axşam saatlarından etibarən ağır hücumlar başlayıb və çoxlu insanlar, o cümlədən uşaqlar yaralanıb; enerji obyektlərinə, nəqliyyat və mülki infrastruktura ziyan dəyib. İvano-Frankivsk bölgəsində enerji infrastrukturu hədəfə alınıb və üç nəfər – ikisi uşaq olmaqla – yaralanıb. Lvov bölgəsində kritik infrastruktur vurulub, Donetskdə isə bir nəfər yaralanıb. Kiyev, Mikolayiv, Çerkası, Çerniqov və Dnepr bölgələri də hücum altındadır.

Zelenski bildirib ki, Rusiyanın mülki şəxsləri və infrastrukturu hədəf alan hər bir hücumu Rusiyaya tətbiq olunan təzyiqin hələ də kifayət etmədiyini göstərir. O, effektiv sanksiyaların və Ukraynaya daha çox dəstəyin zəruri olduğunu vurğulayıb. “Ən böyük prioritet hava hücumundan müdafiə sistemləri, əlavə raket müdafiə sistemləri, hərbi aviasiya imkanlarımızın artırılması və dron istehsalıdır”, – deyə Zelenski bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp