Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Tramp, Miçiqan ştatının Qrand Blank şəhərində Son Zaman Müqəddəsləri Kilsəsində baş verən silahlı hücum barədə məlumat aldığını qeyd edib.

O vurğulayıb ki, FTB dərhal hadisə yerinə gəlib, federal istintaqa rəhbərlik edəcək və ştat və yerli orqanlara tam dəstək göstərəcək. “Şübhəli ölüb, lakin hələ öyrənməli çox şeyimiz var. Bu, ABŞ-da xristianlara qarşı daha bir məqsədli hücum kimi görünür,” – deyə Tramp bildirib.

Prezident əlavə edib ki, Tramp administrasiyası hər zamankı kimi ictimaiyyəti məlumatlandırmağa davam edəcək və əlavə edib: “Bu arada, qurbanlar və onların ailələri üçün dua edin. Ölkəmizdəki zorakılıq epidemiyası dərhal sona çatmalıdır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp