Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bu yeni tələb, ESTA elektron səyahət icazə sistemi formasını doldurmaq şərtilə 90 gün vizasız ABŞ-a səfər etmək hüququ olan bir çox ölkənin vətəndaşlarına şamil olunacaq.

Analitiklər bildirirlər ki, yeni plan potensial ziyarətçilər üçün maneə yarada və ya onların rəqəmsal hüquqlarına zərər verə bilər.

ABŞ gələn il Kanada və Meksika ilə birlikdə kişilər arasında futbol üzrə dünya çempionatına və Los-Ancelesdə keçiriləcək 2028 Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi üçün böyük turist axını gözləyir.

Təklif sənədi ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti (CBP) və ona tabe olan Daxili Təhlükəsizlik Nazirliyi (DHS) tərəfindən təqdim olunub.

ABŞ mediası sənədin Federal Register – ABŞ hökumətinin rəsmi jurnalında dərc olunduğunu bildirib.

Sənəddə qeyd olunur ki, “məlumat elementi ESTA müraciətçilərindən son 5 ilin sosial media hesablarını təqdim etmələrini tələb edəcək”, lakin hansı məlumatların dəqiq istəniləcəyi açıqlanmır.

Yeni sənəd həmçinin müraciət edən şəxsin son beş və on il ərzində istifadə etdiyi telefon nömrələrinin, e-poçt ünvanlarının və ailə üzvləri barədə əlavə məlumatların toplanmasını təklif edir.

Mətn yanvar ayında Tramp tərəfindən imzalanmış “ABŞ-ı xarici terrorçulardan və digər milli və ictimai təhlükəsizlik təhdidlərindən qorumaq” adlı prezident sərəncamına istinad edir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp