Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Al Jazeera-nın xəbərinə görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yaxın Şərqdəki müharibə prosesi zamanı İranın həyata keçirdiyi hücumların vurduğu zərərləri sənədləşdirmək üçün milli komitə yaradacağını elan edib.

Açıqlamada bildirilib ki, hazırlanacaq geniş sənədləşdirmə dosyesi BƏƏ-nin milli və beynəlxalq səviyyədə həyata keçirəcəyi hüquqi təşəbbüslərə dəstək verəcək.

Qeyd olunub ki, İranın Körfəz bölgəsinə hücumları zamanı hava limanları, enerji obyektləri və bəzi mühüm infrastruktur nöqtələri hədəfə alınıb. BƏƏ rəsmiləri ölkənin İrandan gələn 2 min 800-dən çox pilotsuz uçuş aparatı və raket hücumuna məruz qaldığını bildirib.

BƏƏ ötən ay İranın hücumları nəticəsində yaranmış zərərlərə görə təzminat tələb etmişdi.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp