Borussiya Dortmund: 0 - Real Madrid: 2
UEFA Çempionlar Liqasının final matçında Real Madrid, Borussiya Dortmund’u 2-0 məğlub edərək Çempionlar Liqası çempionu oldu.
UEFA Çempionlar Liqasının final matçında Borussiya Dortmund və Real Madrid üz-üzə gəldi.
Vembley Stadionunda keçirilən qarşılaşmanı sloveniyalı hakim Slavko Vinçiç idarə etdi.
Qarşılaşmanın ilk yarısı qolsuz tamamlandı.
74-cü dəqiqədə Real Madrid, Dani Karvahalın vurduğu qolla 1-0 önə keçdi.
83-cü dəqiqədə Vinisius Juniorun vurduğu qolla Real Madrid hesabı 2-0 etdi.
Real Madrid, aldığı qələbə ilə kubokun sahibi oldu.
Azərbaycan İnformasiya Agentliyi