Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Litvanın xarici işlər naziri Kestutis Budris Rusiyanın Ukraynaya hücumu ilə bağlı açıqlama verib.

Budris hücumlarda mülki şəxslərin və mülki infrastrukturun hədəfə alındığını, azı 15 nəfərin həyatını itirdiyini bildirib. Prylukı şəhərində yaşayış binasının dağıldığını və aralarında üç uşağın da olduğu azı doqquz nəfərin öldüyünü qeyd edən Budris axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Rusiyanın müharibəni başa çatdırmaqla bağlı açıqlamalarının ərazidəki hərəkətləri ilə üst-üstə düşmədiyini bildirən Budris Ukraynaya daha güclü hava hücumundan müdafiə və uzaqmənzilli imkanlarla yanaşı, davamlı hərbi və maliyyə dəstəyinin göstərilməli olduğunu vurğulayıb.

Budris həmçinin Rusiyanın müharibə aparmaq qabiliyyətinə qarşı sanksiyaların və digər təzyiq vasitələrinin davam etdirilməli olduğunu qeyd edərək Litvanın Ukraynaya dəstəyinin davam edəcəyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp