Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CENTCOM İrana qarşı yeni hücum dalğasının həyata keçirildiyini açıqlayıb.

CENTCOM-un açıqlamasında bildirilib ki, ABŞ qüvvələri iyulun 20-də saat 21:00-da İrana qarşı yeni hücumlar həyata keçirib. Əməliyyatlar zamanı İrana məxsus hərbi komanda mərkəzləri, dəniz imkanları, raket və PUA buraxılış məntəqələri, eləcə də hava hücumundan müdafiə sistemləri hədəfə alınıb.

Açıqlamada qeyd olunub ki, hücumların məqsədi İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı fəaliyyətlərini davam etdirmək imkanlarını azaltmaqdır.

CENTCOM bildirib ki, mühüm beynəlxalq dəniz dəhlizi ilə ticarət gəmilərinin hərəkəti davam edir və may ayının əvvəlindən etibarən ABŞ qüvvələri təxminən 900 ticarət gəmisinin keçidinə və 450 milyon barel xam neftin daşınmasına dəstək verib.

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazından sərbəst keçən mülki dənizçilərə qarşı hər hansı hücumlara görə İranı məsul tutmağa hazır olduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp