Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kadrlar yerli vaxtla saat 14:15 radələrində qalın qara tüstünün havanı bürüdüyünü və yanğınsöndürənlərin alovlarla mübarizə apardığını göstərib. Bildirilib ki, yanğın hava limanının 8 nömrəli qapısının yaxınlığındakı yük bölməsində başlayıb və sürətlə yayılıb.

Yanğının səbəbi ilə bağlı təfərrüatlar hələ açıqlanmayıb.

Mülki Aviasiya və Turizm Nazirliyinin məlumatına görə, yanğın nəzarət altına alındıqdan sonra uçuşlar yerli vaxtla saat 21:00-dan etibarən bərpa olunub. Nazirlik həmçinin bəyan edib ki, diversiya və ya qəsdən yandırma halında “sürətli və qəti tədbirlər” görüləcək.

Rəsmilər yanğının səbəblərinin araşdırıldığını bildiriblər. 12-dən çox uçuşun gecikməsi səbəbindən sərnişinlər hava limanında gözləməli olublar və ən azı beş uçuş yaxınlıqdakı hava limanlarına yönləndirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp